fim.az

Sabahdan 9 günlük Novruz tətili başlayır

18-03-2022, 10:24

Sabahdan 9 günlük Novruz tətili başlayır


Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətil başlayır.

"Report" xəbər verir ki, qeyri-iş günləri martın 19-da başlayacaq və martın 27-də isə son qeyri-iş günü olacaq.

Belə ki, Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə əsasən həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Ölkə.az xəbər verir ki, bununla əlaqədar martın 20-si bazar gününə təsadüf etdiyi üçün 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) qeyri-iş günləridir.

Növbəti iş günü martın 28-dir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 250}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22