fim.az

Bu sahə AZAL-ın əlindən alındı

30-01-2023, 12:30

Bu sahə AZAL-ın əlindən alındı


Azərbaycan Hava Yolları Dövlət Konserni Qapalı Səhmdar Cəmiyyətinin başı üzərindən qara buludlar əskik olmur. Son günlər AZAL haqqında mətbuatda yazılan məlumatlar onu deməyə əsas verir ki, tezliklə AZAL-da ciddi islahatlara start veriləcək.

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, daha bir sahə AZAL-ın idarəçiliyindən alınıb. Belə ki, bundan sonra Azərbaycan Hava Yolları Dövlət Konserni Qapalı Səhmdar Cəmiyyətinin balansında olan bütün avtomobil dayanacaqları BNA-nin balansına verilib. Məlumata görə, bundan sonra hava limanı ərazisində mövcud olan parklanmalardan gələn gəlirlər BNA-nin büdcəsinə keçəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 216}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22