fim.az

Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO

7-05-2024, 09:25

Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO


Bu gündən Laçın şəhəri - Zabux kəndi və Laçın şəhəri - Qarıkaha kəndi - ”Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.

O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.

“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də istifadəyə verilməsi gözlənilir”, - deyə Hüseyn Quliyev əlavə edib.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.

Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 187}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22