fim.az

Hüquq üzrə fəlsəfə doktoru Daxil Kərimov - Onu haqqında əsassız iddialar və reallıq

26-05-2024, 14:23


Hüquq üzrə fəlsəfə doktoru Daxil Kərimov - Onu haqqında əsassız iddialar və reallıq


2020-ci ildən başlayaraq torpaqlarımızın işağldan azad olunması, sərhədlərimizin qeydsiz-şərtsiz bərpa olunması və aparılan islahatlar, quruculuq işləri, iş adamlarına, həmçinin  sahibkarlara geniş dövlət dəstəyinin verilməsi Azərbaycanımızın sürətlə inkşafa doğri getdiyinin bariz nümunəsidir.

Ancaq ölkə mətbuatında aparılan islahatlara, yeniliklərə baxmayaraq, hələdə bu sahədə ciddi problemlər qalmaqda və davam etməkdədir. Azərbaycanımızda baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandırmayan və özlərinə "müstəqil sayt",  "media", "mətbuat"  adı qoyanların sayı artmaqdadır. Əslində özlərini "qərəzsiz" hesab edən bu "sayt"ların əsas işi heç bir araşdırma filan aparmadan, sifarişli, yalan, böhtan yazıları ilə ictimai şəxsləri, dövlət adamlarını, təmiz məmurları ləkələmək, onlara qarşı qarayaxma kompaniyaları aparmaqdan ibarətdir. 

Ötən gün yuxarıda qeyd etdiyimiz kimi bir sıra  "dırnaqarası saytlar" heç bir araşdırma aparmadan, Bakı şəhər Nərimanov rayon 21 saylı notariat  kontorunun rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Daxil Kərimov haqqında sifarişli, yalan dolu, böhtan xarakterli "yazılar" tirajladılar.


Bütün bu qərəzli yazıların, düzgün olmayan məlumatların sosial şəbəkələr vasitəilə davamlı olaraq paylaşılması isə onu göstərir ki, qərəzli şəxslər hüquq üzrə fəlsəfə doktoru Daxil Kərimov  qarşı çirkin kampaniya aparırlar. 


AzFakt.com xəbər portalı olaraq qərəzli şəxslərin "sayt"lar vasitəçiliyi ilə sosial şəbəkələrdə Nərimanov rayon 21 saylı notariat  kontorunun rəhbəri haqqında paylaşdıqları iddiaları araşdıraraq fərqli mənzərənin şahidi olduq.


Reallığa gəldikdə isə bildirək ki, illərdi Ədliyyə sistemində aparılan davamlı islahatlar ölkəmizdə fəaliyyət  göstərən notariat kontorlarında öz nəticəsini, təsirini göstərmişdir. Son 7 ildə vətəndaşlarımız tərəfindən ən az şikayət olunan qurumlar arasında notariat kontorları yer tutur. Bakı şəhəri Nərimanov rayon 21 saylı notariat  kontoru vətəndaşları get-gələ salmayan, qanuni sənədlərin rahat, problemsiz təsdiqini həyata keçirən  qurumlardan biridir. "Saytlar" yazır ki, Daxil Kərimov bir neçə il bundan qabaq Şirvan şəhərində notariat kontorun rəhbəri olduğu dövrdə hansısa ev sahibinin qaynı ilə sövdələşərək, saxta etibarnamə ilə bankdan 50 min manat kredit götürülməsinə köməklik göstərib. Nəzərinizə çatdırırıq ki, qeyd edilən bu yalan məlumat 2019-cu ildə özünə "qərəzssiz mətbuat" adı verən müxalifət qəzetində dərc edilib. Həmin məlumatda şikayətçi kimi adı keçən Günel Abıyeva və ailəsinin Daxil Kərimovla bağlı səsləndirdikləri iddialar Şirvan Məhkəməsi və Şirvan Şəhər Apellyasiya Məhkəməsi tərəfindən araşdırılaraq yalan olduğu sübuta yetirilib. Bundan başqa qeyd edilib ki, Daxil Kərimovun Cəlilabadda, Hacıqabulda, Şirvanda və Bakı şəhərində mülkləri, obyektləri, torpaq sahələri mövcuddur. Apardığımız araşdırmada məlum oldu ki, Bakıda, Şirvan şəhərində, Hacıqabul və Cəlilabad rayonlarında Daxil Kərimova və ailəsinə aid heç bir mülk, obyekt, torpaq sahəsi yoxdur və mövcud olmayıb. Digər yalan iddia isə Şirvan şəhər xüsusi notariusi Əlixan Şirvanovun Daxil Kərimovun bacısı oğlu olması ilə bağlıdır. Araşdırmamımız nəticəində məlum oldu ki, Şirvanov Əlixan Fətulla oğlu Ucar rayonundandır və Daxil Kərimovla heç bir qohumluq əlaqəsi yoxdur.


Daxil Kərimovun adı çəkilən rayonlara tez-tez getməsi isə, həmin rayonlarda xeyr-şərdən qalmaması ilə bağlıdır. Çünki Daxil Kərimov Şirvan şəhərində işlədiyi dövrdə, təkcə bu şəhərdə yox Sabirabad, Salyan və Hacıqabul rayonlarında minlərlə vətəndaşın sevgisini, hörmətini qazanıb.

Bundan başqa qərəzçilər yazır ki, Daxil Kərimov hansısa vasitələrlə hakim olmaq istəyir. Hüquq adamı olan və dövlətinə, vətəninə şərəfi, namusu ilə xidmət edən 60 yaşlı Daxil Kərimovun bu yaşdan sonra hakim olmaq istədiyini tirajlamaq həqiqətəndə gülüncdür. 

Bu gün Nərimanov rayon 21 saylı notariat  kontorunun rəhbərini hansısa sənədin saxtalaşdırılmasında ittiham edən saxtakarlar başa düşmürlər ki, Daxil Kərimov hüquqi məsuliyyətini bilən, başa düşən, Hüquq üzrə fəlsəfə doktorudur. Daxil Kərimov Şirvanda, həmçinin hazırda işlədiyi Nərimanov rayon 21 saylı notariat kontorunda notarius müdiri kimi davranışları, vətəndaşa yanaşması və tabe olduğu qurumların etimadını doğrultması ilə fərqlənir. Araşdırmalarımız nəticəsində məlum oldu ki, Nərimanov rayon 21 saylı notariat kontorunun adı ən nümunəvi kontorlardan biri kimi çəkilir. 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 251}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22