fim.az

COP29 zamanı restoranların sanitar-gigiyenik normalara necə əməl edəcəyi açıqlanıb

30-05-2024, 10:38

COP29 zamanı restoranların sanitar-gigiyenik normalara necə əməl edəcəyi açıqlanıb


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb.

Bu barədə "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.

Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.

COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub.

COP29 zamanı restoranların sanitar-gigiyenik normalara necə əməl edəcəyi açıqlanıb


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 135}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22