fim.az

Tramp Ərəb NATO-su qurmağa hazırlaşır

5-10-2018, 11:08

Tramp Ərəb NATO-su qurmağa hazırlaşır















Ağ Ev ABŞ prezidenti Donald Trampın altı Körfəz ölkəsi, Misir və İordaniyanın da qoşulacağı hərbi və siyasi ittifaq üzərində işlədiyini açıqlayıb.
Açıqlamada ölkələr arasında raket hücümündan müdafiə, hərbi təlim, terrorizmə qarşı mübarizə, regional iqtisadiyyatların və diplomatik əlaqələrin möhkəmləndirilməsinin nəzərdə tutulduğu bildirilib. Qurulacaq birliyin İranın bölgədəki fəaliyyətinin qarşısını almaq məqsədi güddüyü də qeyd edilib.

Yaxın Şərq Strateji İttifaqı adlanan işçi qrupu oktyabrın 12-13-də Vaşinqtonda keçiriləcək zirvə toplantısında müzakirə ediləcək. Planlaşdırılan ittifaqla yanaşı, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Tramp administrasiyası ilə daha yaxından işləyəcək və Körfəzdəki problemlərə diqqət yetirəcəklər.
Qeyd edək ki, sabiq ABŞ hökumətlərinin Körfəz və Ərəb müttəfiqləri ilə ittifaq yaratmaq cəhdləri uğursuz olmuşdu.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 442}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22