fim.az

Alimlər kosmosda ilk dəfə radioaktiv molekul kəşf etdilər

1-08-2018, 10:26

Alimlər kosmosda ilk dəfə radioaktiv molekul kəşf etdilər














Alimlər kosmosda radioaktiv molekulların izinə rast gəldilər.
Kəşf iki ulduzun toqquşması nəticəsində yaranan qeyri-adi ulduzun müşahidəsi zamanı tapılıb. Nəticələr “Nature Astronomy” jurnalında dərc edilib.

Harvard universitetinin alimi Tomaş Kaminski məsələ ilə bağlı deyib:
“Biz 300 il əvvəl hissələrə ayrılmış ulduzun daxili hissəsini analiz etdik. Burada alüminium izotopunun ən nadir atom mənbələrindən birini kəşf etdik. “Alüminium-26”nın kəşfi Qalaktikamızın kimyəvi evolyusiyasını anlamağa kömək edəcək”.

Böyük Partlayışdan sonra Kainatda üç element-hidrogen, helium və litium elementləri olub. Amma 300 milyon il sonra ilk ulduzlar yarananda daha ağır elementlər də yaranmağa başlayıb. Alimlər ehtimal edirlər ki, qızıl, uran kimi dəmirdən ağır olan bütün elementlər yeni ulduzların partlaması nəticəsində yaranıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 415}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22