fim.az

Paşinyan Azərbaycanın daha bir düşmənini həbs etməyə hazırlaşır

5-08-2018, 13:05

Paşinyan Azərbaycanın daha bir düşmənini həbs etməyə hazırlaşır















Erməni istintaq orqanları "Qarabağ klanı"nın liderlərindən daha biri-sabiq müdafiə naziri Seyran Ohanyan barəsində ittihamlar irəli sürüb.

Virtualaz.org bildirir ki, bu barədə armtime xəbər yayıb.

Bildirilir ki, S.Ohanyan 1 mart 2008-ci ildə dinc nümayiş iştirakçılarının güllələməsinin təşkilində ittiham edilir. Xatırladaq ki, hazırda qoruma altında saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryan da eyni ittihamla həbs edilib.

S.Ohanyan dinc nümayişin güllələnməsi zamanı Ermənistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi vəzifəsini tutub. Keçən əsrin 90-cı illərinin əvvəllərində Sergey Ohanyan Qarabağın dinc mülki əhalisinə qarşı hərbi-cəza əməliyyatlarında bilavasitə iştirak edib. Nəticədə, S.Ohanyan sonradan separatçı "DQR" ordusunun komandanı vəzifəsini tutdu.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 385}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22