fim.az

Paşinyan ölkə konstitusiyasını dəyişdirmək istəyir — Növbədənkənar seçkidən əvvəl istefa verməmək üçün

18-08-2018, 12:12

Paşinyan ölkə konstitusiyasını dəyişdirmək istəyir — Növbədənkənar seçkidən əvvəl istefa verməmək üçün















Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərindən qabaq hökumətin başında qalmaq üçün ölkə konstitusiyasını dəyişdirməyi planlaşdırır.
"Ölkə.Az" yerli mətbuata istinadən xəbər verir ki, o, bunu Yerevandakı mitinqdə elan edib:

"Ermənistanda erkən seçkilər keçirilməlidir. Hazırkı konstitusiyaya görə mən istefa verməliyəm, parlament buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir."
Onun sözlərinə görə, belə bir vəziyyətdə bəzi qüvvələr bu cür düşünməyə başladılar:

"O, istefa verəcək, biz isə gizli şəkildə baş nazir seçəcəyik. Bu insanlar Ermənistanda baş verən hadisələri başa düşməməyə davam edirlər və sırf buna görə də konstitusiyaya dəyişikliklər edəcəyik".

O, növbədənkənar parlament seçkilərinin hazırkı baş nazirin istefası şərti olmadan keçirilə biləcəyini izah edib.

Nikol Paşinyanı respublikanın baş naziri vəzifəsinə təyin etmək haqqında sərəncam 8 may tarixində dövlət başçısı tərəfindən imzalanıb. Həmin gün ölkə parlamenti ikinci cəhddə Paşinyanı hökumət başçısı seçib. Onun namizədliyi üçün 59 millət vəkili səs verib, 42-si isə bunun əleyhinə olub. Yeni seçkilər üçün isə ən azı 53 səs lazımdır.

Ermənistan Konstitusiyasındakı yeni dəyişikliyə görə, baş nazir ölkədə bütün səlahiyyətləri öz əlində cəmləyəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 491}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22