fim.az

Ankarada ABŞ-ın səfirliyinə silahlı hücum

22-08-2018, 09:54

Ankarada ABŞ-ın səfirliyinə silahlı hücum
















ABŞ-ın Ankaradakı səfirliyinə naməlum şəxslər silahlı hücum həyata keçiriblər.
Hadisə Türkiyə saatı ilə 05:00 radələrində baş verib. Polis qaçan şübhəliləri axtarır.

Əldə edilən məlumata görə, Atatürk bulvarından hərəkətdə olan və dövlət nömrə nişanı müəyyən edilməyən bir ağ avtomobildən ABŞ səfirliyinin binasına atəş açılıb. Naməlum şəxslər səfirliyə 4-5 dəfə atəş açıblar. Onların hədəfi təhlükəsizlik xidmətinin oturduğu otaq olub. Güllələrdən biri pəncərəyə dəyib. Hadisə vaxtı ölən və yaralanan olmayıb.
Avtomobil Cinnah prospekti istiqamətində qaçıb. Qısa müddət ərzində hadisə yerinə polislər cəlb edilib. Hazırda onların axtarışı davam edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 403}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22