fim.az

Türkiyə ABŞ-a sərt cavab verdi

29-08-2018, 10:16

Türkiyə ABŞ-a sərt cavab verdi
















Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan C-400 zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın rəsmi Ankaraya ünvanlanan çağırışlarına cavab verib.
Hürriyet-ə istinadən xəbər verir ki, Çavuşoğlu qeyd edib ki, onlar öz hava məkanlarını qorumağa borcludurlar. "Bu bizim borcumuzdur. Və onlar bunu dərk etməlidir. ABŞ "Patriot" raket komplekslərinin satışı ilə bağlı bizə təminat verə bilərmi?" – deyə Türkiyənin XİN rəhbəri bildirib.

Bundan başqa o, ABŞ-ın F-35 təyyarələrinin Türkiyəyə satışını istəmədiyini də xatırladıb. XİN başçısı qeyd edib ki, əgər Ağ Ev iki ölkənin münasibətlərində diplomatik böhranı həll etmək istəyirsə, hədə-qorxu dilindən imtina etməlidir.
Pentaqon rəhbəri Ceyms Mettis çərşənbə axşamı bəyan edib ki, ABŞ Türkiyəyə С-400 raket kompleksini almağı məsləhət görmür. Bununla belə o, bu məsələni Ankaranın suveren hüququ adlandırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 512}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22