fim.az

Koreyanın sabiq prezidenti 15 il müddətinə həbs edildi

6-10-2018, 11:33

Koreyanın sabiq prezidenti 15 il müddətinə həbs edildi
















Koreyanın keçmiş prezidenti Li Myön Bak 15 il müddətinə həbs edilib.
Li Myön rüşvət və vəzifəsindən sui-istifadə maddələri ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Bak 15 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda sabiq prezident 11.5 milyon dollar cərimə ödəyəcək.

Məhkəmə aprel ayında prokurorluğun Linin bank hesablarının dondurulması tələbini qəbul etmişdi.
Həbsdə olan Li rüşvət, vəzifədən sui-istifadə, vergidən yayınma, prezident administrasiyasına aid minlərlə sənədi qeyri-qanuni yolla binadan çıxarıb özəl mülkdə gizlətmək və seçki qanunu pozmaqda ittiham edilirdi.

Li Myön 2008-2013-cü illər arasında Cənubi Koreyaya rəhbərlik edib. Vəzifədə olduğu müddətdə kəşfiyyat qurumu, iş adamları və başqalarından 10.3 milyon dollar rüşvət alıb. Bundan başqa böyük qaydaşına aid olan avtomobil ehtiyat hissələri şirkətinin də qazanc əldə etməsi üçün statusundan istifadə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 363}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22