fim.az

Arda FETÖ-çü çıxdı – Prokurorluq araşdırmaya başlayıb

19-10-2018, 10:06

Arda FETÖ-çü çıxdı – Prokurorluq araşdırmaya başlayıb















Əmrə Bələzoğlu, Okan Buruk və Bülənt Qorxmaza qarşı da araşdırmalara başlanılıb

İspaniyanın "Marca" nəşrinin yaydığı məlumata görə,icarə əsasında "İstanbul Başakşehir" klubunda çıxış edən İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Arda Turan Türkiyə Prokurorluğu tərəfindən FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinir. 31 yaşlı futbolçu barədə araşdırmalar aparılır. Prokurorluq hesab edir ki, Arda Turanın 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə əlaqələri olub.Arda Turanla yanaşı milli komandanın sabiq futbolçuları Əmrə Bələzoğlu, Okan Buruk və Bülənt Qorxmaza qarşı da araşdırmalar başlayıb.Qeyd edək ki, Arda Turan digər qanunsuz əməllərdə də ittiham olunur. İstanbul Prokurorluğu A.Turanın cinsi təcavüz, qəsdən sağlamlığa zərər vurma və qanunsuz silah gəzdirmə ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsini tələb edib. "Başakşəhər" isə 31 yaşlı yarımmüdafiəçini müğənni Berkayla arasında baş verən hadisə ilə bağlı 2,5 milyon Türk Lirəsi məbləğində cərimə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 396}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22