fim.az

Camal Kaşıkçı cinayəti ilə bağlı yeni məlumat: “Meyidi parçalayıb sonra əridiblər”

2-11-2018, 13:39

Camal Kaşıkçı cinayəti ilə bağlı yeni məlumat: “Meyidi parçalayıb sonra əridiblər”














Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyası sədrinin müşaviri Yasin Aktay jurnalist Camal Kaşıkçının qətli ilə bağlı yeni açıqlama verib.
Yasin Aktay bildirib ki, Kaşıkçının meyitini parçlayıb sonra əridərək yox ediblər.

“Bizdə olan son məlumata görə, meyiti parçalara ayırmaqlarının səbəbi daha asan əritməkdir. Meyitdən iz saxlamamaq üçün bu yola əl atıblar. Kaşıkçının meyitinin parçalandığı barədə məlumat bizdə var idi. Amma indi görünür ki, parçalamaqdan əlavə meyiti əridərək yox ediblər”, - deyə Yasin Aktay qeyd edib.
Aktay əlavə edib ki, cinayətkarların məqsədi meyitdən iz saxlamamaq olub. Prokurorluğun ifadəsindən də bu başa düşülür. Başqa cavabları yoxdur. Məsum bir insanı öldürmək bir cinayət, edilən hərəkət də ayrı bir cinayətdir. Kameraların qeydə aldığı hər yerə gedilib amma meyit tapılmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 308}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22