fim.az

ABŞ Səudiyyəni yeni sanksiyalarla hədələdi

14-11-2018, 11:15

ABŞ Səudiyyəni yeni sanksiyalarla hədələdi
















Birləşmiş Ştatlar jurnalist Camal Qaşıqçının qətlinə cavab olaraq bir sıra Səudiyyə məmurlarının vizalarının geri alınması ilə kifayətlənməyəcək və əlavə tədbirlər görəcək.

Report bildirir ki, bunu jurnalistlər üçün keçirilən gündəlik brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

“Biz sanksiyalar barədə əvvəlcədən xəbər vermirik, lakin görəcəyimiz tədbirlər Səudiyyə Ərəbistanından olan bir sıra yüksəkçinli məmurun vizalarının geri alınması və ABŞ-a girişlərinin qadağan olunması ilə bitməyəcək”, – o bildirib.

Bundan əvvəl Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasını köçürmək niyyətində olduğu bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22