fim.az

“Facebook”un iki binasında bomba həyəcanı

12-12-2018, 12:07

“Facebook”un iki binasında bomba həyəcanı
















“Facebook” şirkətinin Kaliforniyadakı iki binasında bomba həyəcanı verilib.
Gecə saatlarında hər iki bina təxliyə edilib. Polisin partlayıcı maddələr üzrə xüsusi qrupu saatlarla binada axtarış aparıb. Verilən açıqlamaya əsasən, heç bir şübhəli vəziyyət olmayıb. Həm polis, həm də şirkətin mətbuat xidməti insanların təhlükəsizlikdə olduğunu açıqlayıb.
Polis idarəsinin mətbuat xidmətindən Nikol Aker, Menlo Park səmtindəki İnstaqram və Facebook işçilərinin olduğu mərkəzdə bomba olduğu barədə anonim zəngə qarşı lazımi tədbirlərin görüldüyünü açıqlayıb. O, bildirib ki, hazırda araşdırmalar davam edir amma insanların həyatına qarşı heç bir təhlükə yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 377}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22