fim.az

Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək tarix açıqlandı

21-12-2018, 12:22

Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək tarix açıqlandı















Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə martın 31-nə təyin olunan növbəti prezident seçkilərinin hazırlanması və keçirilməsi üçün əsas təşkilati tədbirlərin təqvim planını təsdiqləyib.
Ukrayna mətbuatı xəbər verir ki, dekabrın 29-da Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək. Artıq dekabrın 30-dan namizədlərin seçki kampaniyası üçün lövhələrin qurulmasına başlanılacaq.
Bundan əlavə, Milli Bank və Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliklə birlikdə yaradılan prezidentliyə namizədlərin seçki fondlarından Mərkəzi Seçki Komissiyası tərəfindən vəsaitin alınması, uçotu və istifadəsinin monitorinqi proseduru təsdiq edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 367}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22