fim.az

Tramp demokratları kütbeyinlikdə ittiham edib

28-12-2018, 10:47

Tramp demokratları kütbeyinlikdə ittiham edib

















Demokrat Partiyası üzvlərinin Birləşmiş Ştatların Meksika ilə sərhəddə divarın inşa edilməsini dəstəkləmək istəməmələri onların kütbeyinliyini göstərir.

“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter”də yazıb.

“Açıq cənub sərhədi və böyük miqdarda cinayətkar, hansılar ki, bu kütlərə (kütbeyinlərə -red) görə ABŞ-da keçirlər”, – deyə Birləşmiş Ştatların prezidenti yazıb.

ABŞ-ın Konqresində Meksika ilə sərhəddə divarın inşasına görə demokratlarla Trampın mübahisələri Amerika qanunvericilərinin 2019-cu maliyyə ilində büdcəni qəbul edə bilməmələrinə gətirib çıxarıb. Dövlət Departamenti, Maliyyə, Ticarət və Daxili Təhlükəsizlik nazirlikləri müvəqqəti olaraq maliyyələşmədən kənarda qalıblar. Digər dövlət idarələrinin büdcəsi daha əvvəl Konqres tərəfindən bəyənilib.

Daha əvvəl Donald Tramp bildirib ki, Meksika qaçqın axınının qarşısını almasa, o, sərhədə qoşun yeridəcək


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 396}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22