fim.az

Sudanda aksiyalar davam edir — 19 ölü, 397 yaralı

28-12-2018, 10:54

Sudanda aksiyalar davam edir — 19 ölü, 397 yaralı

















Sudanda hökumət əleyhinə davam edən aksiyalarda ölənlərin sayı 19-a çatıb. Daha 397 nəfər isə xəsarət alıb.
TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İnformasiya naziri Başar Arur bildirib.

Daha əvvəl isə “Amnesty International” polislə toqquşma zamanı 37 nümayişçinin öldüyünü vurğulayıb.
Qeyd edək ki, Sudanda etirazlar ötən həftədən başlayıb. İlk olaraq küçələrə Qedarev və Atraba şəhərinin sakinləri çıxıb. Bir sıra şəhərlərdə artıq fövqəladə vəziyyət elan edilib. Aksiyalara ölkədə çörəyin qiymətinin qalxması səbəb olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 432}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22