fim.az

Amerika hərbi bazası yaxınlığından yadplanetli gəmi uçdu — VİDEO

14-02-2019, 14:11

Amerika hərbi bazası yaxınlığından yadplanetli gəmi uçdu — VİDEO
















Amerikanın Kaliforniya ştatındakı Santa-Barbara şəhərində yerləşən “Vandenberq” hərbi hava bazası yaxınlığından yadplanetli gəmi keçib.
Məlum hadisə lentə alınıb və internetə yüklənib.

Video çarxda siqara bənzər naməlum obyekt görünür və obyekt üfüqdə yoxa çıxır. Hadisəni lentə alan şəxs qeyd edib ki, UNO-nu təsadüfən görüb və mobil telefon vasitəsilə onu lentə alıb.

Əvvəlcə hadisə şahidi gördüyü obyektin adi dirijabl olduğunu düşünsə də, sonradan belə olmadığını başa düşüb. Məsələ bundadır ki, naməlum obyekt bir anlıq elektrik ötürücüləri olan təpəyə yaxınlaşıb. Heç bir dirijabl isə elektrik enerjisi ötürücüsünə bu qədər yaxınlaşa bilməz. Yəqin “uçan boşqablar” buraya yaxınlaşaraq enerji şəbəkəsindən qidalanırlar.
Bir çox ufoloqun fikrinə əsasən, kadrlardakı obyekt aerostat yox, metaldan hazırlanmış hava gəmisidir. Bəlkə “Vandenberq” avia bazası yadplanetli sivilizasiyanı maraqlandırıb? Bəlkə də amerikalı hərbçilər hansısa yeni texnikanı sınaqdan keçirirlər?


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 363}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22