» » Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM

Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM

  • 17-04-2019, 15:10
  • dunya
  • 14
Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı SİLKƏLƏYƏCƏK ADDIM















Türkiyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə saxlaya bilər. Bu iddia ilə Türkiyə mediası çıxış edib. Xəbərə görə, Ankara hələ ki, seçimlər üzərində düşünür. Məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirilməyib.

Məsələ ilə bağlı publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov qeyd edir ki, sistemlərin Azərbaycana gətirilməsi çox şeydən xəbər verir:

“S-400 raket komplekslərinin Azərbaycana gətirilməsi Türkiyə ilə ölkəmizin münasibətlərinin güvən səviyyəsindən xəbər verir. Bu, onu göstərir ki, Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır və Türkiyəni bütün qərarlarında dəstəkləyir. Lakin mən düşünmürəm ki, qısa müddətdə raket komplekslərinin Azərbaycana gətirilməsi zərurəti var. Bunun səbəbini başa düşmək çətindir. Məgər Türkiyədə yermi yoxdur? Ya necə? Komplekslərin hərbi heyəti elə Türkiyədə də təlimlərini keçə bilərlər. Türkiyə bizim müttəfiqimizdir. Lakin kifayət qədər müstəqil, geniş ərazilərə malik bir dövlətdir".

Politoloq vurğulayır ki, Türkiyə dünya siyasətində inkişaf etmiş bir oyunçudur və onun silahlanması, ümumilikdə, Ermənistanı qorxutmalıdır:

“Bu, İrəvana bir işarə olmalıdır. Türkiyənin kompleksləri Azərbaycan ərazisində yerləşdirilsə, bu da Ermənistanın ali dairələrini qorxuya sala bilər. Amma onu da yaddan çıxarmaq lazım deyil ki, bu silahlar müdafiə xarakterlidir. Bu silaha sahib olan ölkə hücum niyyətində deyil, müdafiəsinin qayğısına qalır. Bu sistem bizim ərazimizə yerləşdirilsə belə, biz bunu hər hansı bir ölkəyə hücum məqsədilə istifadə edə bilmərik. Ancaq özümüzü müdafiə edə bilərik. Lakin Ermənistan yeni ərazi iddialarına çıxmaq niyyətinə düşsə, bu onun üçün yeni təhlükə olacaq”.

Qeyd edək ki, daha öncə S-400 zenit raket komplekslərinin hərbi heyətinin Azərbaycanda təlimlər keçəcəyi ilə bağlı xəbər verilmişdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət