fim.az

Dağıstan Dövlət Universitetində əməliyyat: rektor saxlanıldı

31-07-2019, 12:36

Dağıstan Dövlət Universitetində əməliyyat: rektor saxlanıldı

Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov saxlanılıb.

Məlumata əsasən, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları universitetdə yoxlamalara başlayıb. Rektorun otağındakı sənədlər ələ keçirilib.

Əməliyyatın təfərrüatı və rektora qarşı ittihamlar hələ ki açıqlanmır.

Rəsmi qurumlar bu barədə şərh verməyib.

Daxili İşlər Nazirliyi isə xəbəri nə təsdiq, nə də inkar edir.

Qeyd edək ki, 57 yaşlı M.Rabadanov 2000-ci ildən bu institutda işləyir. 2008-ci ildən isə rektor vəzifəsində çalışır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22