fim.az

Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: “Körfəzdən kənarda durun”

23-09-2019, 12:47

Həsən Ruhanidən xarici qüvvələrə xəbərdarlıq: “Körfəzdən kənarda durun”

“ABŞ Körfəzə qoşun yerləşdirəcəyi halda xarici qüvvələr bizim insanlar və regionumuz üçün problemlər yarada bilər”.

BBC-nin verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani 1980-1988-ci illərin İran-İraq müharibəsinin başlaması ildönümü ilə bağlı Tehranda keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

O diqqətə çatdırıb ki, xarici qüvvələr bu bölgəyə həmişə “ağrı və səfalət gətirib” və “silah yarışında” onlardan istifadə olunmamalıdılr.

Ruhani İranın BMT-də Körfəzə dair yeni sülh təşəbbüsünü təqdim ediləcəyini də söyləyib.

İran prezidenti xarici qüvvələrə bölgədən “uzaq durmağı” məsləhət görüb: “Əgər səmimidirlərsə, o zaman bölgəmizi silah yarışına çevirməsinlər … Bölgəmizdən və ölkələrimizdən nə qədər uzaq olsanız, bu bölgə o qədər təhlükəsiz olar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 310}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22