fim.az

Bu ölkədə də TikTok qadağan edildi

29-06-2024, 10:07

Bu ölkədə də TikTok qadağan edildi


Kosovo hökuməti “kibertəhlükəsizliyi artırmaq” məqsədilə Çin sosial media platforması TikTok-un dövlət qurumlarında quraşdırılmasını, istifadəsini və istismarını qadağan etmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kosovo hökumətinin bugünkü kabinet iclasında səsvermə keçirilib.

Qərarı hökumətə təqdim edən Kosovo daxili işlər nazirinin müavini Bardhyl Dobra bildirib ki, tətbiq “kiber təhlükəsizliyi artırmaq” məqsədilə qadağan edilib.

Dobra əlavə edib ki, qəbul edilən qərar ölkənin Kibertəhlükəsizlik Qanununa və müttəfiq ölkələrin gördüyü tədbirlərə uyğundur.

Təklif kabinet üzvləri tərəfindən yekdilliklə qəbul edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 148}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22