fim.az

Rusiya daha 300 çeçen hərbçisini Türkiyə ilə sərhəddə yerləşdirdi

25-10-2019, 09:45

Rusiya daha 300 çeçen hərbçisini Türkiyə ilə sərhəddə yerləşdirdi

Rusiya daha 300 çeçen hərbçisini Türkiyə ilə sərhəddə yaradılan 30 kilometrlik təhlükəsizlik zolağına yönəltdi.

Rusiya Müdafiə nazrliyinin bildirdiyinə görə, Suriyaya göndərilən çeçen hərbi polis dəstəsi Vladikavkazda təlim keçmiş ən təcrübəli hərbcilərdən ibarətdir.

Çeçenlər Suriyanın şimal-şərqində kürd silahlılarının çıxarılması, təhlükəsizliyin və qayda-qanunun qorunması kimi funksiyalar yerinə yetirəcəklər.

Bu tapşırıqların yerinə yetirilməsi üçün Xmeymim aviabazasına 20-dən artıq “Tiqr” və “Tayfun” zirehli maşınları göndəriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 297}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22