fim.az

Boliviya prezidenti istefa verdi - Həbs edilmək üçün axtarılır

11-11-2019, 11:38

Boliviya prezidenti istefa verdi - Həbs edilmək üçün axtarılır

Boliviya prezidenti Evo Morales istefa verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Morales radioda çıxışında deyib. Onun sözlərinə görə, bu qərara hərbçilərin onu istefaya çağırışından sonra gəlib. Bu səbəbdən insanları, o cümlədən dövlət qulluqçularını, qardaş və bacılarını qorumaq üçün vəzifəsindən gedir.

“Onlar hücumlara məruz qalıb təhlükə ilə üzləşməsinlər deyə istefa verirəm”, - deyə Morales bildirib.

Qeyd edək ki, Moralesin istefasından sonra hərbçi və polislər onun həbs olunması üçün axtarış elan ediblər.

Xatırladaq ki, oktyabrın 20-də Boliviyada prezident seçkilərinə səsvermənin nəticələrinə etiraz olaraq müxalifət aksiyalar keçirilir. 3 həftə ərzində 400-dək insan xəsarət alıb. Morales müxalifətin onun istefasını tələb etməsinin konstitusiyaya zidd olduğunu bildirmiş, bunu dövlət çevrilişi adlandırmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 301}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22