fim.az

Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB

21-01-2020, 09:58

Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya milli ordusunun başçısı Xəlifə Haftarla danışıqlar masasına əyləşməyəcək.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Türkiyə prezidenti bu barədə rusiyalı həmkarına da məlumat verdiyini açıqlayıb:  “Mən dərhal Rusiya Federasiyası prezidenti Vladimir Putinə dedim ki, biz vasitəçi rolunu qəbul etmirik. Putin bildirdi ki, Haftarı öz üzərinə götürəcək və problemi həll etmək üçün mənə Fayiz Sərracın Milli Razılıq Hökuməti ilə işləməyi təklif etdi. Bizim onunla yanaşmamız belədir. Ümumiyyətlə mən siyasi nöqteyi-nəzərimə uyğun olaraq terrorçu ilə bir masa ətrafına əyləşməyəcəm və ona əyləşməyə imkan verməyəcəm”.

Liviyada münaqişənin nizama salınması üzrə beynəlxalq konfrans daha əvvəl Berlində AFR-ın Federal Kansleri İdarəsində keçirilib. Konfransda Rusiya prezidenti Vladimir Putin, ABŞ dövlət katibi Maykl Pompeo, Böyük Britaniyanın baş naziri Boris Conson, Fransa lideri Emmanuel Makron, BMT baş katibi Antoniu Quttereş, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, həmçinin İtaliya, Çin, BƏƏ, Misir, Əlcəzair, Avropa Birliyinin və Afrika İttifaqının nümayəndələri iştirak ediblər.  /Modern.az/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 29}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22