fim.az

Türkiyə 4 şəhid verdi, 9 yaralı var

3-02-2020, 10:58

Türkiyə 4 şəhid verdi, 9 yaralı var


İdlibdə Türkiyənin 4 əsgəri şəhid olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Kəskin top atəşləri nəticəsində 4 qəhrəman əsgərimiz şəhid olmuş, biri ağır olmaqla 9 əsgərimiz yaralanmışdır. Bölgədə təsbit edilən hədəflər dərhal atəş altına alınmışdır. Lazımi tədbirlər alınmaqdadır".

Nazirlik hücumun qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü və hədəflərin məhv edildiyi bəyan edib. Eyni zamanda şəhidlərin ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və türk xalqına başsağlığı verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 360}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22