fim.az

Belarusdakı aksiyaları dəstəkləyən səfir istefa verdi

18-08-2020, 11:13

Belarusdakı aksiyaları dəstəkləyən səfir istefa verdi


Etirazçılara açıq dəstək verən Belarusun Slovakiyadakı səfiri, keçmiş Prezident köməkçisi İqor Leşenya istefaya gedib.

O bu barədə “Tut.by” informasiya portalına açıqlamasında bildirib.

“İstefa ərizəmi verdim. Bu, məntiqli addımdır, çünki səfir kimi hazırkı prezident tərəfindən təyin olunmuşam və onun müəyyən etdiyi siyasəti davam etdirməli olduğum gözlənilir. Xarici İşlər Nazirliyi ifadə etdiyim vətəndaş mövqeyimin bu çərçivədən kənara çıxdığını düşünür”,- deyə Leşenya qeyd edib.

Xatırladaq ki, bundan bir neçə gün əvvəl o, dinc etirazlara çıxan belaruslulara dəstək ünvanlayan bir videomüraciət paylaşmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 328}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22