Türkiyədə 238 gün aclıq aksiyası keçirən məhbus vəkil Ebru Timtik vəfat edib.
Bu barədə vəkilin üzvü olduğu "Halkın Hukuk Bürosu" təşkilatının tvitter hesabında məlumat verilib.
20 mart 2019-cu il tarixində "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 13 il altı ay həbs cəzasına məhkum edilən Timtik 2020-ci il fevralın 3-dən aclıq aksiyasına başlayıb. O, məhkəmənin qərarına etiraz edərək iddiaları rədd edib. 5 aprel tarixindən etibarən isə o aksiyanı ölüm orucu adıyla davam etdirib.
Qeyd edilib ki, ölümündən öncə onun çəkisi 33 kiloqrama düşüb.
Onunla vida mərasimi İstanbul Vəkillər Kollegiyasının binası qarşısında keçiriləcək.
![238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi 238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi](https://qafqazinfo.az/uploads/1598594563/olum-orucundaki-ebru-timtik-hayatini-kaybetti-VOP.jpg)
![238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi 238 gün aclıq keçirən türkiyəli vəkil vəfat etdi](https://qafqazinfo.az/uploads/1598594563/_114149359_ebru-timtik.jpg)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 434}