fim.az

Rusiya sərhədçiləri Ermənistanda əlavə qüvvə yerləşdirir - VİDEO

21-11-2020, 13:20

Rusiya sərhədçiləri Ermənistanda əlavə qüvvə yerləşdirir - VİDEO


Rusiya sərhədçiləri erməni tərəfinin istəyi ilə Ermənistan və Azərbaycan sərhədinə əlavə qüvvələr yerləşdirəcək.
Oxu.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

A.Bortnikovun sözlərinə görə, əlavə olaraq 188 hərbi qulluqçu və zəruri sayda texnika ayrılıb. Bununla bağlı Azərbaycan tərəfi də məlumatlandırılıb.

"Ermənistan və Azərbaycanın xüsusi xidmət orqanları ilə, həmçinin sərhəd qurumları arasında qarşılıqlı fəaliyyət baxımından zəruri tədbirlər görülüb, 24 saat məlumat mübadiləsi aparılır”, - deyə A.Bortnikov bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 354}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22