fim.az

Paşinyan gizli toplantı keçirdi: bina mühafizə olundu, əlavə polis çağırdı

13-08-2021, 13:31

Paşinyan gizli toplantı keçirdi: bina mühafizə olundu, əlavə polis çağırdı


Ermənistanın baş naziri Nikol Paşinyan liderlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasından olan deputatların iştirakı ilə qapalı iclas keçirib.

“Ölkə.Az” “armlur”a istinadən xəbər verir ki, qapalı toplantı axşam saatlarında keçirilib. Belə ki, Paşinyan rəhbərlik etdiyi partiyanın deputatları ilə qapalı toplantı keçirmək üçün avqustun 12-də axşam saatlarında parlamentə gəlib. Müxalifətdən olan deputatlara parlament binasını başqa çıxışlardan tərk etmək tələb olunub. Qapalı toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Qapalı iclasda hansı məsələlər müzakirə olunduğu bilinmir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 215}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22