Ermənistan Rusiyadan uzaqlaşacaq - Rubayev
İndiki erməni elitası və onun lideri Nikol Paşinyan tamamilə qərbyönlüdür və ardıcıl olaraq Rusiyadan uzaqlaşma kursu ilə Ermənistanda Rusiyanın təsirini tamamilə aradan qaldıracaq.
“Bunu “regnum”a açıqlamasında rusiyalı politoloq Aslan Rubayev deyib.
“Ermənistan tədricən Rusiyadan qoparılacaq. Belə ki, bu yaxınlarda Ermənistanda sayca az da olsa, Sorosun mitinqləri keçirildi. Ancaq su daşı aşındırır. İndiki erməni gənclərə deyirlər ki, 2020-ci ildə Qarabağ müharibəsi zamanı Rusiya Ermənistana xəyanət edib, ona kömək etməyib, Azərbaycana silah satıb. Və belə bir ideologiya bütün erməni gənclərini əhatə edəcək. Həmin gənclər isə sonradan erməni elitasına çevriləcək. Və hakimiyyəti indiki elitadan alacaq. Hansı ki indi tamamilə rusiyapərəst deyil”, - Rubayev qeyd edib.
Ekspert hesab edir ki, Ermənistan Rusiyanın təsir dairəsindən tamamilə çıxacaq.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti