fim.az

Fransalı general Ukraynaya görə istefaya göndərildi

31-03-2022, 10:58

Fransalı general Ukraynaya görə istefaya göndərildi


Fransanın hərbi kəşfiyyatının direktoru Erik Vido Ukraynadakı müharibə ilə bağlı işində yol verdiyi “nöqsanlara” görə vəzifəsini vaxtından əvvəl tərk etməli olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Opinion” nəşri yayıb.

Nəşr yazır ki, general Erik Video sözügedən vəzifəyə təyin olunmasından cəmi 7 ay sonra istefaya yollanmalı olub. Fransa Müdafiə Nazirliyində olan mənbənin verdiyi məlumata görə, bu, “məsələlərin başa düşülməməsi” və “brifinqlərin kifayət qədər olmaması” ilə bağlı olub.

Fransa Silahlı Qüvvələrinin Qərargahının rəisi martın 29-u Vidoya yayda istefaya göndəriləcəyini bildirməli idi. Vido isə hərbi müəssisəni dərhal tərk etməyi qərara alıb.

Vidonu hərbi kəşfiyyatın direktoru vəzifəsində general Jak de Monqro əvəz edə bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 184}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22