fim.az

Rusiya nüvə silahından bu halda istifadə edəcək - Polyanski BƏYAN ETDİ

13-05-2022, 09:00

Rusiya nüvə silahından bu halda istifadə edəcək - Polyanski BƏYAN ETDİ


"Rusiyanın nüvə doktrinasında ölkə üçün ekzistensial təhlükə yaranarsa, nüvə silahından istifadə imkanları nəzərdə tutulur".
"Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski cümə axşamı Britaniyanın "Unherd News" internet nəşrinə müsahibəsində bildirib.

"Mən diplomatam, hərbçi deyiləm, nüvə strategiyasının həyata keçirilməsi ilə bağlı qərarlar verən dairələrdə deyiləm. Amma deyə bilərəm ki, bizim nüvə silahımız var və Rusiya üçün ekzistensial təhlükə yaranarsa, onlardan istifadə edə biləcəyimizə tam əminəm”, - deyə o bildirib.

"Ekzistensial təhlükə" termininin nə demək olduğu barədə aydınlaşdırıcı suala Polyanski cavab verib ki, ekzistensial təhlükəni təyin edən o deyil.

"Mən hərbçi deyiləm, belə nəticə çıxarmaq mənim işim deyil. Ancaq düşünürəm ki, əgər siz nüvə dövlətini təhdid edirsinizsə, o zaman masada olan bütün variantları nəzərdən keçirməlisiniz", - o əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 190}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22