fim.az

Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib - Müharibə Araşdırmaları İnstitutu

14-05-2022, 11:59

Ukrayna Xarkov uğrunda döyüşlərdə qalib gəlib - Müharibə Araşdırmaları İnstitutu


Ukraynanın əks-hücumları və məhdud gücləndirmə qüvvələri qarşısında Rusiya ordusu çox güman ki, Xarkov ətrafındakı mövqelərini tamamilə geri çəkməyə qərar verib.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun yeni hesabatında deyilir.

Analitiklərin fikrincə, Moskva nizamlı geri çəkilməyə diqqət yetirir və şəhər yaxınlığında mövqelərini saxlamağa çalışmaqdansa, rusları evlərinə qaytarmağa üstünlük verir.

“Ukrayna qüvvələri rus qoşunlarının Kiyevi ələ keçirməyə cəhd göstərdiyi kimi, Xarkovu tutmaq bir yana, mühasirəyə almasına da mane olub, sonra isə onları şəhərin kənarına çıxara bilib”, - məlumatda deyilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 270}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22