fim.az

Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”

24-05-2022, 09:30

Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”


“Vasitəçilərlə görüşmək istəyim yoxdur və olmayacaq. Mən Prezidentdən (Vladimir Putin-red) başqa heç kimlə görüşü qəbul etmirəm”.

Bunları Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüş o halda mümkündür ki, onun gündəliyində müharibənin dayandırılması məsələsi olsun.

“Onların elə bir qərar vermə strukturu var ki, onsuz heç bir qərar qəbul olunmur. Prezidentin qərarı ilə bütün qurumlar birləşib. Onsuz müharibəni dayandırmaq qərarı olmayacaq”, - Zelenski Davosda Ukrayna Evində sualları cavablandırarkən deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 184}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22