fim.az

ABŞ kəşfiyyatı: Rusiya ordusunun sursatları tükənir, müharibə yeni mərhələyə qədəm qoyur - FOTO

20-08-2022, 09:30

ABŞ kəşfiyyatı: Rusiya ordusunun sursatları tükənir, müharibə yeni mərhələyə qədəm qoyur - FOTO


Rusiya qoşunlarının sursatları tükənir ki, bu da hücum potensialının azalması prosesini sürətləndirir.

Bunu Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının rəsmisi bildirib.

Onun sözlərini ITN telekanalının əməkdaşı Emma Berrous “Twitter”də paylaşıb.

“Bizim sursatların tükəndiyinə dair çoxlu sübutlarımız var, o cümlədən də dərin anbarlardan çıxarılan sursatların”, - ABŞ kəşfiyyatının nümayəndəsi bəyan edib.

O, qeyd edib ki, sursatların miqdarının azalması nəhayət, Rusiyanın hücuma başlamaq qabiliyyətini sarsıtmağa başlayır. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya indi batalyon taktiki qruplarını birləşdirib və öz qüvvələrini yenidən qurmağa çalışır.

Jurnalistin sözlərinə görə, kəşfiyyat rəsmisi Ukraynadakı müharibənin fərqli mərhələyə keçdiyini, lakin hələ pik həddə çatmadığını vurğulayıb.

“Hər iki tərəf bunun sprint deyil, marafon olduğunu artıq dərk edib”, - deyə kəşfiyyatın nümayəndəsi qeyd edib.

ABŞ kəşfiyyatı: Rusiya ordusunun sursatları tükənir, müharibə yeni mərhələyə qədəm qoyur - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 154}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22