fim.az

Almaniya: Bu, İran rejiminin növbəti vəhşi hərəkətidir

16-01-2023, 09:00

Almaniya: Bu, İran rejiminin növbəti vəhşi hərəkətidir


İran Müdafiə Nazirliyinin keçmiş rəsmisi Əlirza Əkbərinin Britaniyaya casusluq ittihamı ilə edam edilməsini şiddətlə qınayır və pisləyirik.

Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Tvitter hesabında yazıb.

“Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir. Biz ingilis dostlarımızın yanındayıq və İran rejiminə qarşı hərəkətlərimizi davam etdirəcək, bir-birimizlə koordinasiyalı şəkildə İran xalqını dəstəkləyəcəyik”, - Berbok bildirib.

Qeyd edək ki, Britaniya kəşfiyyatına Tehran rejiminin hərbi, nüvə, diplomatik və regional siyasəti ilə bağlı vacib məlumatların ötürülməsində günahlandırılan İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri bir neçə gün əvvəl edam olunub. Onun edamı müxtəlif ölkələrin rəsmiləri tərəfindən şiddətlə pislənilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 212}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22