fim.az

Rusiya Ukrayna müharibəsində yeni cəbhəni elan etdi: O dövlət hədəfdədir

24-02-2023, 11:07

Rusiya Ukrayna müharibəsində yeni cəbhəni elan etdi: O dövlət hədəfdədir


Ukrayna müharibəsinin biri ilinin tamamında Rusiya savaşın yeni cəbhəsini açıqlayıb.

Xarici KİV xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hər hansı sübutlar təqdim etmədən Ukraynalı hərbi birləşmələrin Dnestryanı Moldav Respublikasını işğal edəcəyini iddia edib.

Moskva Ukraynalı əsgərlərin Moldovanın separatçı zonasının sərhədlərinə yığıldığını deyərək, buna “ən uyğun şəkildə cavab veriləcəyini” açıqlayıb.

Moldova hökumət rəsmiləri isə Kremlin iddialarını müharibənin bir parçası olan “psixoloji əməliyyat” adlandıraraq təkzib edir.

Moldovan NATO-ya üzv olmasa da, ötən ilin iyununda Ukrayna ilə eyni gündə Avropa Birliyinə üzvlük statusu qazanıb.

Qeyd edək ki, Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən Dnestryanı Moldav Respublikası SSRİ-nin dağılmasından sonra yaradılan de-fakto dövlətdir. 1990-cı ildən müstəqilliyini elan edən bölgədə rus qoşunları yerləşdirilib və burada danışıq dili kimi ruscadan istifadə olunur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 159}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22