fim.az

Həkim İsraildəki son vəziyyəti açıqladı: 110 yaralı daxil olub, helikopterlər enir

7-10-2023, 12:19

Həkim İsraildəki son vəziyyəti açıqladı: 110 yaralı daxil olub, helikopterlər enir


“Xəstəxanaya müxtəlif dərəcəli ağırlıqda olan 110 yaralı daxil olub. Xəstəxana hərbi vəziyyətə salınıb”. Helikopterlər davamlı olaraq enir və təcili yardım maşınları gəlir”.

Bunu İsrailin cənubundakı Beerşebadakı Soroka xəstəxanasının təcili yardım komandiri və təcili yardım şöbəsinin rəhbəri Moti Klein bildirib.

Onun sözlərinə görə, Travmatologiya şöbəsində, əməliyyat otaqlarında yaralılar var: “Yaralılar təcili yardım şöbəsinə yerləşdirilib. İndi vəziyyət belədir”.

İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkə üzrə hərbi vəziyyət elan edilib.

Qeyri-rəsmi məlumatlara əsasən, naməlum silahlılar ölkə ərazisinə daxil olublar. Bəzi şəhərlərdə küçə döyüşlərinin getdiyi də vurğulanıb.

Hakimiyyət əhalini sığınacaqdan və təhlükəsiz yerlərdən çıxmamağa çağırır.

Qəzza zolağına nəzarət edən HƏMAS İsrailə qarşı “Əl-Əksa tufanı” adlı əməliyyata başladığını bildirib. İsrailin özünü müdafiə ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 182}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22