fim.az

Ermənistan Hindistandan hansı silahları alır - SİYAHI

20-12-2023, 14:40

Ermənistan Hindistandan hansı silahları alır - SİYAHI


Hindistan yaxın bir neçə ay ərzində Ermənistana “Akaş” zenit-raket komplekslərinin tədarükünə başlamaq niyyətindədir.

Bu barədə ANI agentliyi Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Ermənistan bu silahlara görə, Hindistana 600 milyon dollar ödəyib.

“Akash” “Bharat Dynamics Limited” (BDL) tərəfindən istehsal olunan kiçik hərəkət radiusuna malik mobil zenit-raket kompleksidir. Kompleks eyni vaxtda bir neçə hədəfi (düşmənin raketləri, həmçinin helikopterlər, qırıcılar və 4-25 km məsafədə pilotsuz uçuş aparatları) vura bilir. Ermənistan Hindistandan artıq bu silahdan iki kompleksləri alıb və daha ikisi üçün sifariş verib.

Bundan əvvəl Ermənistan Hindistandan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Konkurs” tank əleyhinə raket kompleksləri (Rusiya patenti əsasında Hindistanda istehsal olunur), həmçinin 80 mm-lik haubitsalar və digər silah növləri alıb.

Qeyd edək ki, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 290}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22