fim.az

Antalyada kanat qəzası - Ölən və yaralananlar var

13-04-2024, 11:34

Antalyada kanat qəzası - Ölən və yaralananlar var


Türkiyənin Antalya şəhərində Tünektəpə kanat xəttində qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, kanat xəttinin kabinələrindən biri dirəyə dəyərək parçalanıb.

Parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb. Əraziyə yanğınsöndürmə, polis və xilasetmə qrupları göndərilib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. 15 kabinədən 98 nəfər təxliyə edilib. Hazırda 9 kabinədə xilasetmə işləri davam edir.
Qəzadan sonra kanat xəttinin dayanması səbəbindən çox sayda insan kabinələrdə köməksiz qalıb.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.



Antalyada kanat qəzası - Ölən və yaralananlar varAntalyada kanat qəzası - Ölən və yaralananlar varAntalyada kanat qəzası - Ölən və yaralananlar varAntalyada kanat qəzası - Ölən və yaralananlar var


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 322}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22