fim.az

İrəvanda vəziyyət gərginləşdi

10-06-2024, 12:04

İrəvanda vəziyyət gərginləşdi


Müxalifət hökumətin istefa tələbi ilə parlamentin növbədənkənar sessiyasının çağrılması tələb edir.

Arxiyepiskop Baqrat Srbazanın rəhbərlik etdiyi “Vətən uğrunda” hərəkatının iştirakçılarının bir qismi bazar günü keçirilən aksiyadan sonra gecəni İrəvanın Baqramyan prospektində keçiriblər. Onlar çoxlu çadırlar quraraq tonqallar yandırıblar.

Arxiyepiskop Srbazan müxalifətin bundan sonrakı planlarını açıqlayaraq deyib ki, bunlar ilkin olaraq 3 mərhələdən ibarətdir.

Birincisi, hökumətin istefasını təmin etmək üçün iyunun 11-də saat 16:30-da müxalifətçi deputatlarla görüş;

İkincisi, iyunun 10-da parlamentin növbədənkənar sessiyanın keçirilməsi və hakim "Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatları müxalifətin iradəsinə tabe etməyə nail olmaq;

Üçüncü addım isə parlament növbədənkənar iclasında hazırkı hökumətin istefasını və yeni hökumətin formalaşdırılması qərarını təsdiq etməkdən ibarətdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 139}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22