
Avropa ilə ABŞ arasındakı münasibətlər artıq əvvəlki kimi yaxşı deyil.
Bunu Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas deyib.
Kallas hər bir ittifaqın açıq fikir ayrılığı anları olduğunu, lakin Avropanın 80 illik transatlantik münasibətlərindən imtina etməyəcəyini söyləyib.
"Avropanın müdafiə hazırlığının gücləndirilməsi NATO-nun etdiyini təkrarlamaqla deyil, Avropanı NATO daxilində daha güclü etməklə bağlıdır. Həmçinin son zamanlar çox müzakirə mövzusu olan transatlantik münasibətlərin vəziyyətinə də toxunmaq istəyirəm. Amerika Birləşmiş Ştatları əvəzolunmaz müttəfiqdir, lakin münasibətlərimizin artıq əvvəlki kimi yaxşı olmadığı da aydındır”, -Kallas deyib.
