Vuçiçdən sensasion iddia: “Mossad və CIA İranda 1953-cü ilin ssenarisini təkrarlayır”
Serbiya Prezidenti Aleksandar Vuçiç İranda baş verən etirazlarla bağlı qalmaqallı açıqlama verib.
Vuçiç bu fikirləri Serbiyanın məşhur “Ami G show” proqramında çıxışı zamanı səsləndirib.
Serbiya lideri iddia edib ki, İsrailin “Mossad” kəşfiyyat xidməti və ABŞ-ın CIA-si İranda etirazlara müdaxilə edir və bu proses 1953-cü ildə həyata keçirilmiş çevriliş ssenarisini xatırladır. Vuçiç tamaşaçılara bu mövzuda tarixi mənbələrlə tanış olmağı da tövsiyə edib:
“İnsanlara "Ajax əməliyyatı" və "Şahın bütün adamları" kitablarını oxumağı tövsiyə edirəm. Bu mənbələrdə 1953-cü ildə baş vermiş əməliyyat təsvir olunur və nəticədə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvi hakimiyyətə gəldi. Diqqət edin, bu gün də Mossad və CIA 73 il sonra oxşar ssenari üzrə əməliyyatlar aparır".
Vuçiç əlavə edib ki, həmin qüvvələr vaxtilə Serbiyada da oxşar planlara ümid bağlayıblar. Onun sözlərinə görə, 2000-ci il 5 oktyabrda Slobodan Miloşeviçin devrilməsi nümunəsində olduğu kimi, İranda da analoji prosesin təkrarlanacağına ümid edilib:
“Burada da hesab edirdilər ki, 25 ildən sonra 5 oktyabr ssenarisini yenidən təkrarlamaq mümkün olacaq".
Müşahidəçilərin fikrincə, Vuçiçin bu açıqlaması beynəlxalq aləmdə geniş müzakirələrə səbəb ola bilər. Xüsusilə İranda etirazların fonunda Qərb kəşfiyyat orqanlarının adı ilə bağlı səsləndirilən iddialar regionda geosiyasi qarşıdurmanın informasiya müstəvisinə keçdiyini göstərir.
Ekspertlər qeyd edirlər ki, 1953-cü il çevrilişi İran siyasi yaddaşında xüsusi yer tutur və bu mövzunun yenidən gündəmə gətirilməsi Tehranda hakimiyyətin “xarici müdaxilə” tezisini gücləndirə bilər.
Beləliklə, Serbiya prezidentinin açıqlaması İranda baş verən proseslərin təkcə daxili narazılıq deyil, böyük güclərin tarixi ssenarilər üzərindən apardığı mübarizə kimi təqdim edildiyini bir daha ortaya qoyur.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
