SON DƏQİQƏ! Türkiyədə zəlzələ baş verdi
Türkiyənin cənubunda yerləşən Hatay bölgəsində zəlzələ qeydə alınıb.
Yerli vaxtla baş verən yeraltı təkanların maqnitudası 4,2 olaraq ölçülüb.
Hadisə ilə bağlı açıqlama yayan AFAD bildirib ki, zəlzələ Hatayın Kırıkhan rayonunda baş verib. İlkin məlumatlara görə, yeraltı təkanların ocağı təxminən 9 kilometrdən bir qədər artıq dərinlikdə yerləşib.
Rəsmi qurumların yaydığı informasiyada dağıntı və ya xəsarət alanların olub-olmaması ilə bağlı hər hansı məlumatın daxil olmadığı qeyd edilib. Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
