ABŞ-nin Yaxın Şərqdəki ən böyük diplomatik kompleksi vuruldu
Bağdaddakı ABŞ diplomatik kompleksinə pilotsuz təyyarə hücum edib.
Məlumatı "The Washington Post" mənbələrə istinadən yayıb.
Verilən məlumata görə, Bağdad hava limanı və İraq hərbi bazalarının yaxınlığında yerləşən, ABŞ diplomatik korpusuna logistik dəstək verən ABŞ diplomatik dəstək mərkəzinə altı PUA ilə hücum edilib, onlardan beşi vurulub.
"The Washington Post"un məlumatına görə, pilotsuz təyyarə hücumu müşahidə qülləsinin yaxınlığında baş verib. Heç bir itki qeydə alınmayıb. Qəzetin mənbələri qeyd edir ki, ABŞ administrasiyası iddia edilən pilotsuz təyyarə hücumuna görə məsul şəxsləri müəyyənləşdirir.
Daha əvvəl "Reuters" Bağdad hava limanı yaxınlığında yerləşən ABŞ diplomatik obyektinə pilotsuz təyyarə hücumu barədə məlumat vermişdi. Agentliyin məlumatına görə, zərbə iki pilotsuz təyyarədən istifadə edilərək həyata keçirilib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
