fim.az

Eldar Əzizov su basan rayonların icra başçılarını ƏRAZİLƏRƏ ÇAĞIRDI

24-09-2018, 10:31

Eldar Əzizov su basan rayonların icra başçılarını ƏRAZİLƏRƏ ÇAĞIRDI
















Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtın su basan icra hakimiyyətlərinin rəhbərlərini fəsadlar baş verən ərazilərə çağırıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Eldar Əzizov Bakı Şəhərinin ən çox su basan Səbail, Nəsimi, Binəqədi rayon icra hakimiyyətlərinin başçıları və təsərrüfat birliklərinin rəhbərlərini yarana biləcək fəsadların qarşısını almaq üçün səfərbər edib. E.Əzizov səhər saatlarından paytaxtın ən çox yağış suları altında qalan küçələrində olub.Fəsadlar aradan qaldırılana qədər adıçəkilən rayonların icra başçıları ərazini tərk etməyiblər.Müəyyən edilib ki, yağış sularının fəsadlar törətməsi kanalizasiya kollektorlarının vaxtında işə düşməməsi səbəbindən baş verib.Buna görə də Eldar Əzizov digər aidiyyatı dövlət qurumlarının rəhbərlərindən yaranan fəsadları aradan qaldırmaq üçün kömək istəyib.Məlumatı Bakı Şəhər İcra Hakimiyyətindən Unikal.org-a təsdiqləyiblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 435}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22