fim.az

İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib

8-10-2018, 12:27

İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.
Dövlətimizin başçısı Vladimir Putinə ad günü münasibətilə səmimi qəlbdən təbriklərini çatdırıb, ona Rusiya xalqının firavanlığı naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 667}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22